Almaniyada vətəndaşlıq almaq üçün - Şərtlər Asanlaşdırıla Bilər

Almaniyada vətəndaşlıq almaq üçün - Şərtlər Asanlaşdırıla Bilər
Xaricdə iş və miqrasiya 28 Noyabr 2021 11:53 3272
Almaniyada vətəndaşlıq almaq üçün - Şərtlər Asanlaşdırıla Bilər

Bundestaqda hakim koalisiya quran Almaniya Sosial Demokrat Partiyası və "İttifaq 90/Yaşıllar" Almaniya vətəndaşlığının alınmasını asanlaşdırmağı, o cümlədən ikili vətəndaşlıq imkanının verilməsini planlaşdırır.

Seyyah.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki,  bu barədə "Reuters" agentliyi bildirib.

Sazişdə qeyd olunub: "Biz vətəndaşlığın alınması ilə bağlı müasir hüquq sistemi yaradırıq. Bu məqsədlə biz çoxsaylı [ikili] vətəndaşlığı mümkün olacağın təmin edəcəyik və Almaniya vətəndaşlığının alınmasını sadələşdirəcəyik".

Vətəndaşlıq almaq üçün Almaniyada yaşama müddətinin səkkiz ildən beşə endirilməsi gözlənilir. Həmçinin əcnəbilərdən doğulan uşaqların vətəndaşlığa qəbulu ilə bağlı müddəalara yenidən baxılması nəzərdə tutulur:

"Almaniyada əcnəbi valideynlərdən doğulan uşaqlar, valideynlərdən biri Almaniyada qanuni olaraq beş il yaşadığı halda, doğulanda Almaniya vətəndaşı olur".

 

OXŞAR XƏBƏRLƏR